Vergilər Nazirliyi 2015-ci ildə topladığı məbləği açıqladı

Vergilər Nazirliyi 2015-ci ildə topladığı məbləği açıqladı
14:29 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Nazirlik ötən ilin yanvar-dekabr ayına olan hesabatını yayıb

 

Vergilər Nazirliyi 2015-ci ilin yanvar-dekabr ayına olan hesabatını açıqlayıb.

 

Lent.az nazirliyə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə  7 milyard 118 milyon 196,7 min manat vəsait daxil olub. Bununla da proqnoz tapşırığına 100,1 faiz əməl edilib.

 

Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR