Paytaxtda vəzifəli şəxs öldürüldü

Paytaxtda vəzifəli şəxs öldürüldü
14:31 8 Yanvar 2016
813 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qətl hadisəsi baş verib. 53 yaşlı kişinin yaşadığı evdə meyiti aşkarlanıb.

Suraxanı Rayon Polis İdarəsindən ANS Press-ə verilən məlumata görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi Bağlar massivi adlanan ərazidə yaşayan qəsəbə sakini 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Onu ölü vəziyyətdə ailə üzvləri aşkar ediblər. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qətlin təfərrütları barədə hələlik məlumat verilmir.

Öldürülən Qalib Bağırov paytaxtdakı Taxıl Kombinatının meneceri olub.

Daha öncə dekabrın 5-də paytaxt ərazisində qadın 43 bıçaq zərbəsi vurularaq qətlə yetirilmişdi.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin öldürülən qadının “Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Nemətzadə olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində qətli mərhumun qızı Günel Hüseynova və onun xalası oğlu olduğu müəyyən edilib. Artıq Günel Hüseynova və onun qətlində iştirak edən qohumları saxlanılıb.

İlkin ehtimala görə, ailə daxilində tez-tez pul üstündə mübahisə olub.

Hadisədən sonra M.Nemətzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.


Günel Hüseynova- anasını öldürən


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR