Xəzərin sahilində qadın meyiti tapıldı

Xəzərin sahilində qadın meyiti tapıldı
15:05 8 Yanvar 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin Xaçmaz rayonu sahillərində qadın meyiti aşkar olunub.

ANS Press-in məlumatına, meyit bu gün saat 12:30 radələrində Xaçmazın Müqtədir qəsəbəsində aşkar olunub. Meyitin aşkar olunması haqda Xacmaz Polis Şöbəsinin (PŞ) Xudat bölməsinə ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şimal şöbəsinin əməkdaşları məlumat veriblər.

Xacmaz PŞ-in Xudat bölməsinin rəisi Zaur Bayramovun ANS Press-ə verdiyi məlumata görə, tapılan meyit Müqtədir qəsəbəsi Yəhyəbəy küçəsi 12-də yaşayan 1970 il təvəllüdlü Behbudova Tamilla Abbas qızına məxsusdur. Məlumata görə 46 yaşlı xanım ruhi xəstə olub və onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, dekabrın 4-ü Günəşli platformasının 10-cu dərin dəniz özülündə baş verən faciə zamanı itkin düşən neftçilərin axtarışı ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xaçmazda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR