Ukrayna prezidentinin iqamətgahı Putinin qurumuna verildi

Ukrayna prezidentinin iqamətgahı Putinin qurumuna verildi
15:05 8 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Krımın Ayya burnunda yerləşən iqamətgahı Vladimir Putinin prezident işləri üzrə idarəsinin balansına keçib.

Modern.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, öncə iqamətgah Krım rəhbərliyinə verilməli olsa da, sonradan Rusiya prezidentinin işləri üzrə idarəyə verilib.  

Ayya burnunda yerləşən iqamətgah 2007-ci ildə Viktor Yanukoviçin oğlu Aleksandr tərəfindən 1,2 milyon dollara satın alınmışdı.   3,5 hektar ərazini əhatə edən iqamətgah hazırda baxımsız vəziyyətdə qalıb.    

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR