Cennifer Lopes: "Bədənimə iki kişi baxır" - Fotolar

Cennifer Lopes: "Bədənimə iki kişi baxır" - Fotolar
15:30 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"46 yaşımdayam. Təbii, genetikam yaxşıdır, nəslimizdəki qadınlar gec qocalırlar. Amma zamana meydan oxumaq mümkün deyil. Məni hələ də gözəl, cazibədar sayırlar. Bunun sirri sadədir. Bədənimə iki kişi baxır, yəni iki fitnes təlimatçısı, iki məşqçi vücudumun normada qalmasına nəzarət edir".

Milli.az TMZ-yə istinadən bildirir ki, dünyaca məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes "UsWeekly" jurnalına müsahibə verərək fotosessiyaya çəkilib.

"Siqaret çəkmirəm, spirtli içki içmirəm, kofeinli içkilərdən uzağam. Çünki həmin nəsnələr dəridə qırışlar yaradır, qadını daha yaşlı göstərir. Brokkoli, ispanaq, göy-göyərti, brüssel kələmi və s. gündəlik rasionumdadır. Darıxdırıcı təsir bağışlaya bilər, amma onların hamısı antioksidantlardır. Üstəlik, sutkada 10 saat yatıram ki, gümrah olum", - Cey Lo deyib.

Onun sözlərinə görə, Günəş vannalarına aludə deyil: "Çimərlikdə olanda dərimə qoruycuu kremlər çəkirəm. Ona görə də dərim gümrahdır".












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR