Sumqayıt avtobusunda ÇAYXANA - Video

Sumqayıt avtobusunda ÇAYXANA - Video
15:36 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Sumqayıtda marşrut avtobusunun sürücüsü avtobusu əlində stəkanla çay içə-içə idarə edib.

Bunu həmin avtobusun sərnişinlərindən birinin Milli.az-a göndərdiyi video kadrlardan da açıq-aydın görmək olar. Belə ki, 7 nömrəli marşrut avtobusunun sürücüsü sükan arxasında oturaraq əlində stəkanla çay içə-içə sərnişinlərlə dolu avtobusu idarə edir və bu zaman həm onların, həm də özünün həyatını nə dərəcə böyük təhlükə altında qoyduğunun fərqinə varmır.

"Bu kadrları bu gün səhər saat 10-da Sumqayıtda "Şərq bazarın"dan 13-cü mikrorayona doğru hərəkət edən marşrut avtobusunda çəkmişəm. Sürücü əlində çayxanadan aldığı çayı içə-içə avtobusu idarə edir. Hətta yanında çayxanadan aldığı çaynik və qənd qabı da var. Belə hal ilk dəfə deyil ki olur, çox olub. Sadəcə, indi çəkə bildim", - oxucu qeyd edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıt avtobusunda ÇAYXANA


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR