Neftçi"nin futbolçusu dünyasını dəyişdi

Neftçi"nin futbolçusu dünyasını dəyişdi
15:52 8 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

"Neftçi" klubunun veteran futbolçusu Valeri Hacıyev 75 yaşında ikən vəfat edib. Milli.Az bildirir ki, bu barədə report-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, V.Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhum yanvarın 9-da Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. 
Qeyd edək ki, Valeri Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. Hazırda həmin heyətdən yalnız Kazbek TuayevYaşar Babayev qalıb. V.Hacıyev baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çalışıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR