Çin qlobal maliyyə böhranını daha da dərinləşdirə bilər

Çin qlobal maliyyə böhranını daha da dərinləşdirə bilər
16:05 8 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Çinin əsas fond indekslərindən olan "Shanghai Composite"  yanvarın 8-də 1,97% artaraq 3 186,41 bənd təşkil edib.

Milli.Az report-a istinadən bildirir ki, artıma səbəb Çinin kapital bazarlarını tənzimləmə Komissiyasının fod birjaları üçün tətbiq etdiyi limitin aradan qaldırması olub. Belə ki, bu gündən etibarən Çində mövcud olan fond birja indeksləri sərbəst hərəkət edə bilər. Halbuki, bu günə qədər Çində tətbiq edilən qaydalara əsasən, fond birjası indeksləri əməliyyat günü bir əvvəlki günün orta qiymətindən 7%-dən artıq azala bilməzdi. Fond birjaları 7%-lik limitə yaxınlaşdıqda, əməliyyatlar texniki fasilə elan edilərək dayandırılırdı. Məhz bu səbəbdən "Shanghai Composite" indeksi bu həftə ərzində iki dəfə, yanvarın 5-də və 7-də 7% azalıb. Azalmağa səbəb isə investorların enmənin başlamasına görə həmin günlər səhmləri sata bilməyəcəklərindən ehtiyatlanaraq kütləvi şəkildə satışa başlamaqla təşviş yaratması olub.

Çinin 2015-ci ildə 42% mənfəət nümayiş edən "APS Asset Management" hedc fondunun təsisçisi Vonq Kok Hoy bildirib ki, Çin kapital bazarları tənzimləmə Komissiyasının limiti aradan qaldırması erkən verilmiş bir qərardır: "Bu qərar bir qədər gözlədilməli və investorlar buna alışmalı idilər. Daha sonra isə investorların irrasional davranışları aradan qalxacaqdı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR