Dinara Əliyeva İsraildə çıxış edəcək

Dinara Əliyeva İsraildə çıxış edəcək
16:06 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Dinara Əliyeva yanvarın 12-də və 15-də İsrailin “Tel Aviv Performing Arts Center” məkanında Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edəcək.

Axşam.az-ın məlumatına görə, o, Leonora rolunu ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir. (AzərTac)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR