Bakıda narkotik alverçiləri 28 il yarım həbs cəzası aldılar

Bakıda narkotik alverçiləri 28 il yarım həbs cəzası aldılar
16:27 8 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Kazım Abbasov, Oktay Cabbarov Fərid Kərimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Abbasov 12 il, O.Cabbarov 11 il və F.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər üç şəxs 2015-ci ildə narkotik maddəsi satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən külli miqdarda narkotik maddəsi götürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR