Azərbaycanda Prezident təqaüdü alanların sayı açıqlanıb

Azərbaycanda Prezident təqaüdü alanların sayı açıqlanıb
16:27 8 Yanvar 2016
31 Sosial
Ölkə mətbuatı
A- A+

2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım qeydə alınıb
Bakı. 8 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi və tibbi-sosial reabilitasiyası istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb. 
Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, nazirlik respublikanın müxtəlif bölgələri üzrə 82 fərdi yaşayış evi, hazır yaşayış binalarından alınaraq təmir etdirib 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Ötən il daha 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin ediliblər.
Nazirliyin respublikanın müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1 000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən 2014-cü ildə göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin hesabat dövründə əlilliyi olan şəxslərə 1273 ədədi əlil arabası olmaqla ümumilikdə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.
“2015-ci il ücün əlilliyi olan şəxslərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı çərçivəsində nazirlik keçən il ümumilikdə 13,6 mindən çox əlilliyi olan şəxsi və şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Belə ki, Nazirlikdəki müvafiq Komissiyanın qərarları əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 602 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsi və 316 nəfər 20 Yanvar əlili, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxs birdəfəlik maddi yardımla təmin olunub. Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa, Beynəlxalq Əlillər günü ilə əlaqədar 8700 nəfər əlilliyi olan şəxsə də birdəfəlik maddi yardımlar ödənilib.
25 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə, 53 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım ödənilməsi qaydasında köməklik göstərilib. Həmçinin keçən ilin noyabrında Azərbaycanda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunub. 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın əl işlərinin təqdim olunduğu tədbirin yekununda qaliblərinə mükafatlar verilməklə yanaşı, digər 200 nəfərə yaxın iştirakçının hər birinə də birdəfəlik maddi yardımlar verilib.
Hazırda ölkədə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunan şəxslərin 69 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillərdir. 2014-cü ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmin müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Eyni zamanda əmək pensiyaçılarının 28,8 faizini əlilliyə görə əmək pensiyası alanlar təşkil edir və 2003-cü illə müqayisədə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28