General Səudiyyə Ərəbistanını Səddam Hüseyn rejiminə bənzətdi

General Səudiyyə Ərəbistanını Səddam Hüseyn rejiminə bənzətdi
16:32 8 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

İranın briqada komandiri, general Hüseyn Salami Səudiyyə Ərəbistanı hökumətinin addımlarını Səddam Hüseyn rejiminin taleyilə müqayisə edib. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hüseyn Salami bildirib ki, Səudiyyə Ərəbistanı dinlərarası münaqişələri gərginləşdirməyə yönələn siyasətini dayandırmasa iflasa uğrayacaq. 

"Səudiyyənin siyasət rejimi domino effektiylə qarşılaşacaq. Onlar özləri yaratdıqları uçqunun altında qalacaqlar", - deyə Salami bildirib. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu istiqamətdə siyasətini dəyişdirməsə, iflas yaxın illərdə baş verəcək. Salami, həmçinin ölkənin yolunu İraqın keçmiş prezidenti Səddam Hüseynin kədərli taleyilə müqayisə edib: "Səudiyyə Ərəbistanının hazırki siyasəti Səddam Hüseynin 1980-90-cı illərdəki siyasətilə müqayisə olunandır. O, İranla müharibəyə başladı, tanınmış ilahiyyatçıları və məmurları edam etdi, müxalifləri yatırdı və onun taleyi kədərli oldu".

Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ilin aprelində ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi çoxmillətli koalisiya qoşunlarının hücumu nəticəsində devrilib. Bundan sonra o, İraqın Ali məhkəməsinin hökmülə edam olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR