5 uşağı girov götürən kişi evini partladda bilər

5 uşağı girov götürən kişi evini partladda bilər
16:46 8 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Omsk vilayətində yerli sakinin 5 uşağı girov götürməsi barədə xəbər yayılıb.

ANS PRESS-in Rusiya KİV-nə istinadən məlumatına görə, vilayətin Oktyabr dairəsində çoxmərtərbəli binada naməlum kişi beş uşağı girov saxladığını bildirib və onların olduğu mənzili partladacağı ilə hədələyib.



Bəzi mənbələr isə naməlum şəxsin üzərinə yandırıcı maddə tökdüyü, özünü yandıracağı ilə hədələdiyi bildirilir. Həmin adamın nə istədiyi barədə hələlik dəqiq məlumat verilmir.

Hadisə yerinə dərhal polis əməkdaşları və xilasetmə xidməti yollanıb.

Bənzər hadisə 3 gün öncə ABŞ-da da yaşanıb. Yanvarın 5-də Amerikanın İllinoys ştatının De-Kalb şəhərində naməlum kişi moteldə 11 uşaq və qadını girov saxlamışdı.

Polisin hadisə yerində əməliyyatından sonra bıçaqla silahlanmış kişi ələ keçməmək üçün özünə ciddi xəsarət yetirib ağır yaralanmışdı.


Amerikada moteldə 11 uşağın girov götürüldüyü hadisə yeri

Yerli polisin məlumatına görə, insident mübahisə nəticəsində baş vermişdi. Qadınla mübahisə edən naməlum kişi daha sonra moteldəki qonaqlarla otağa girərək qapını bağlamış və onlara xəsarət yetirəcəyi ilə hədələmişdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR