Azərbaycanda stadion binasında yanğın

Azərbaycanda stadion binasında yanğın
17:01 8 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə stadionun binasında yanğın hadisəsi baş verib. Ümumi sahəsi 240 kvadratmetr olan binada alov qısa müddətdə güclənib.

Milli.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb.

Hadisə nəticəsində ofis binasının 1-ci mərtəbəsində yerləşən hamam otağının 9 kvadratmetr ərazisi yanıb, binanın qalan hissələri yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/396311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR