BVF: "Neft 3 il sonra bahalaşmağa başlayacaq"

BVF: "Neft 3 il sonra bahalaşmağa başlayacaq"
17:05 8 Yanvar 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında xam neftin qiymətinin çox ucuz səviyyədə olması hələ  ən azı üç il davam edəcək.

Milli.Az RNS-ə istinadən bildirir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Afrikanın regional əməkdaşlıq təşkilatı olan CEMAC-ın idarə heyəti ilə görüşündə beldə deyib.

"Əvvəlki dövrlərdən fərqli olaraq ucuz neft dönəmi uzun çəkəcək. Lakin neft qiymətlərinin reabilitasiyası mümkündür. Bahalaşmanın yalnız 2019-cu ildə başlanmasını gözləyirik. Həmin dövrdə neftin bir barrelinin qiyməti 60 dollara çata bilər",  -K.Laqard deyib.

K.Laqardın sözlərinə görə, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının əsas səbəbi ABŞ-da idxal neftinə tələbatın azalmasıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR