Azərbaycanda cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına qarşı tədbirlər gücləndirilir

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına qarşı tədbirlər gücləndirilir
17:27 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mili mübarizə sisteminin effektivliyinin yüksəldilməsi məqsədilə “Müsadirə və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpasına dair ən yaxşı təcrübə” sənədi hazırlanıb. 
"Report"un MMX-dən əldə etdiyi məlumata görə, bu sənəddə əksini tapmış qətimkan tədbirləri və müsadirə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşidirilməsinə qarşı effektiv mübarizə sisteminin vacib elementlərindəndir.
Məlumata görə, metodoloji sənəddə cinayət yolu ilə əldə edilmiş əmlakın izlənilməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi, sübutetmə yükü, müsadirə edilmiş əmlakın idarə edilməsi və beynəlxalq əməkdaşlıq ilə bağlı digər dövlətlərdə mövcud olan ən yaxşı təcrübə və bu sahədə beynəlxalq standartlar izah olunur.
Sözügedən metodoloji sənəd MMX-nin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/metodologiya) yerləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR