Qohumunu öldürənin şikayəti təmin edilmədi

Qohumunu öldürənin şikayəti təmin edilmədi
17:42 8 Yanvar 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan Apellyasiya Məhkəməsində  qohumunu qətlə yetirən Sabirabad rayon sakini Hüseynov Taleh Nadir oğlunun apellyasiya şikayətinə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, qətl hadisəsi 2015-ci il aprelin 17-də Sabirabad rayonunun M.S.Ordubadi küçəsində yerləşən çayxananın həyətində baş verib. Taleh Hüseynov çayxananın həyətinə gələrək bibisi nəvəsi, 1956-cı il təvəllüdlü Soltanov Rafiq Abbas oğlunu başından və bədəninin digər nahiyələrindən bellə çoxsaylı zərbələr endirərək qətlə yetirib.
 
Məlumata görə, qətlə yetirilən Rafiq Soltanov Taleh Hüseynovun qardaşı Şahin Hüseynovu bıçaqla vuraraq ağır xəsarət yetirib. Ş. Hüseynov Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, üzərində cərrahiyə əməliyyatı aparılıb.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Taleh Hüseynovu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək  12 il 6 ay, cəzasını xüsusi rejimli müəssisədə çəkməklə azadlıqdan məhrum edib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR