Mərkəzi Bank terrorçuluğun maliyyələşdirilməsinə qarşı "mübarizəyə başladı"

Mərkəzi Bank terrorçuluğun maliyyələşdirilməsinə qarşı "mübarizəyə başladı"
17:57 8 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı milli mübarizə sisteminin effektivliyinin yüksəldilməsi məqsədilə "Müsadirə və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpasına dair ən yaxşı təcrübə" sənədi hazırlanıb.

Milli.Az bildirir ki, Maliyyə Monitorinqi Xidmətindən APA-ya verilən xəbərə görə, bu sənəddə əksini tapmış qətimkan tədbirləri və müsadirə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə sisteminin vacib elementlərindəndir.
 
Metodoloji sənəddə cinayət yolu ilə əldə edilmiş əmlakın izlənilməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi, sübutetmə yükü, müsadirə edilmiş əmlakın idarə edilməsi və beynəlxalq əməkdaşlıq ilə bağlı digər dövlətlərdə mövcud olan ən yaxşı təcrübə və bu sahədə beynəlxalq standartlar izah olunur.

Milli.Az
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR