Türkiyəli professor Bakıda ustad dərsləri keçib

Türkiyəli professor Bakıda ustad dərsləri keçib
18:13 8 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllim və şagirdlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq xarici ölkələrdən dəvət edilmiş təcrübəli müəllimlərin, tanınmış mütəxəssislərin ustad dərsləri təşkil edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə işlərin davamı olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru Cihat Aşkının (violin) ustad dərsləri keçirilib. Tədbirdə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyeli_professor_Bakida_ustad_dersleri_kechib-917014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR