İmişlidə yol tikintisinə 1,1 milyon ayrıldı - SƏRƏNCAM

İmişlidə yol tikintisinə 1,1 milyon ayrıldı - SƏRƏNCAM
18:14 8 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR