Mərkəzi Bank banklara limit qoyub

Mərkəzi Bank banklara limit qoyub
18:24 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.

Report.az xəbər verir ki, qərara əsasən, bununla əlaqədar, banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir.

Yəni, bugünkü rəsmi məzənnəyə uyğun olaraq, dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

Xatırladaq ki, AMB 2015-ci il dekabrın 21-də "üzən məzənnə"yə keçənə qədər alış-satış məzənnəsi +/- 2% olub. Daha sonra, "üzən məzənnə" rejiminə keçidlə əlaqədar bu limit aradan qaldırılıb və banklar istədikləri məzənnə ilə alqı-satqı həyata keçirməyə başlayıb. Nəticədə, bankların satışı ilə rəsmi məzənnə arasında fərq bu gün, yanvarın 8-də maksimal həddə - 0,3 manat və ya 19%-ə qədər artması ilə AMB yenidən qərar dəyişmək məcburiyyətində qalıb. Qərara qədər nağd dolların alış məzənnəsi 1,84 AZN/USD, satış isə 1,87 AZN/USD idisə, hazırda alış 1,75 AZN/USD, satış isə 1,85 AZN/USD-yə düşüb.


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/amb-banklara-limit-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR