Bakıda iki yolda hərəkət qısa müddətə məhdudlaşdırılacaq

Bakıda iki yolda hərəkət qısa müddətə məhdudlaşdırılacaq
18:29 8 Yanvar 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədi ilə yanvarın 9-da aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısa müddətlik məhdudlaşdırılacaq. Lent.az “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, işlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır.

 

Cəmiyyət bununla əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir.

  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR