Del Pyeroya “Malyorka”nın idman direktoru vəzifəsi təklif olunub

Del Pyeroya “Malyorka”nın idman direktoru vəzifəsi təklif olunub
18:38 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
“Yuventus”un əfsanəvi hücumçusu Alessandro Del Pyero İspaniyaya köçə bilər.
AZƏRTAC xəbər verir ki, “Malyorka” ona idman direktoru vəzifəsini təklif edib. Bu yaxınlarda "Finiks Sans" basketbol klubunun sahiblərindən biri olan Stiv Neş İspaniya komandasını 21 milyon avroya alıb. Del Pyeroya da sözügedən vəzifəni o təklif edib.
Qeyd edək ki, hazırda “Malyorka”nın idman direktoru Rafael Nadaldır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR