AMB bankların valyuta satışına nəzarəti gücləndirdi

AMB bankların valyuta satışına nəzarəti gücləndirdi
18:56 8 Yanvar 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları üçün valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini - marjanı 2%-dən 4%-ə qaldırıb.

ANS PRESS-ə AMB-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Mərkəzi Bankdan banklara məktub göndərilib. Məktubda bildirilir ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməlidir. Əvvəllər bu limit 2% səviyyəsində idi.

Bu barədə qərar Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti tərəfindən bu gün qərarı verib. Qərara görə, nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/-4% məbləğində (xarici valyutanın alış məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4%-dək yuxarı) müəyyən edilib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR