Britaniya Leyboristlər Partiyasının sabiq lideri, keçmiş energetika və iqlim dəyişiklikləri naziri Ed Milibend dünən London metrosunda idi.
46 yaşlı siyasətçi vaqonda olarkən onun fotolarını çəkməyə başlayıblar.
Milli.Az Daily Mail-ə istinadən biddirir ki, Lester Skuer stansiyasına yaxınlaşarkən sabiq nazirin fotosunu Robert Qreqo da çəkib.
"Milibend onun fotosunu çəkdiyimi anlayanda başını qaldırdı və qəzəblə mənə baxdı. Məni gülmək tutmuşdu", - Qreqo deyib.
Bir qədər sonra isə sabiq nazirin fotoları Snapchat-da yayılıb.
Milli.Az