"Bank of Baku" ASK-ya üzv oldu

"Bank of Baku" ASK-ya üzv oldu
16:48 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

“Bank of Baku” Azərbaycanın tanınmış şirkət və müəssisələrinin təmsil olunduğu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) üzv olub.

Bankdan Trend-ə verilən məlumata görə, üzvlük barədə xüsusi diplom “Bank of Baku”nun İdarə heyəti sədrinin müşaviri Səttar Əliyevə təqdim edilib. Diplom ASK prezidenti Məmməd Musayev tərəfindən imzalanıb.

“Bank of Baku” əmindir ki, konfederasiya çərçivəsində həm biznes subyektlərinin, həm də fiziki şəxslərin mənafeyinin qorunması istiqamətində faydalı və məhsuldar iş görüləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən qeyri-kommersiya təşkilatıdır. Konfederasiya dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir.

Bu gün “Bank of Baku” Azərbaycanın aparıcı innovativ banklarından biridir. Bankın məhsul və xidmətləri yüz minlərlə Azərbaycan istehlakçısı tərəfindən populyarlıq qazanıb və geniş istifadə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2349111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR