Muxtar respublikada nağdsız ödəniş dövriyyəsi artıb

Muxtar respublikada nağdsız ödəniş dövriyyəsi artıb
19:08 8 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 8 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında son iki ildə nağdsız ödəniş dövriyyəsi 29 milyon 152 min manata çatıb.
AZƏRTAC xəbər verir ki, 2015-ci ilin yanvar-noyabr aylarında muxtar respublika üzrə aparılan nağdsız əməliyyatların həcmi 16 milyon 639 min manat təşkil edib. Bunun da 9 milyon 778 min manatı POS-terminalların, 6 milyon 861 min manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.
Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin yanvar-dekabr aylarında muxtar respublika üzrə aparılan nağdsız əməliyyatların 8 milyon 931 min manatı POS-terminallar vasitəsilə, 3 milyon 582 min manatı isə internet və digər ödəniş sistemləri vasitəsilə həyata keçirilib.
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin yaydığı məlumata görə, digər ödəniş vasitələrindən sayılan bankomatların sayında bu müddət ərzində 6 ədəd artım olub. 2014-cü il yanvarın 1-nə olan məlumata görə, bu göstərici 53-ü Naxçıvan şəhəri, 39-u kənd və rayon mərkəzlərində olmaqla, 92 ədəd idisə, 2015-ci il dekabrın 1-də artıq 55-i Naxçıvan şəhəri, 43-ü kənd yaşayış məntəqələrində və rayon mərkəzlərində olmaqla, 98 ədəd təşkil edib.
Ödəniş kartlarının sayında da kifayət qədər artım müşahidə olunub. Belə ki, 1 yanvar 2014-cü il tarixə ödəniş kartlarının sayı 183 min 72 ədəd olduğu halda, bu göstərici 1 dekabr 2015-ci il tarixə 38 min 333 ədəd artımla, 221 min 405 ədədə çatıb. Hazırda bu göstərici muxtar respublika sakinlərinin hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edildiyini deməyə əsas verir ki, bununla da, dövlət sektorunda əməkhaqlarının ödəniş kartları vasitəsilə nağdsız şəkildə ödənilməsi prosesi başa çatdırılıb.
Bütün bunlarla yanaşı, kommunal xidmət haqlarının internet üzərindən elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi imkanları da yaradılıb, digər ödənişlərin nağdsız qaydada aparılması məqsədilə müvafiq addımlar atılıb. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublika sakinlərinin ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilmələri üçün lazımi infrastruktur da yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_nagdsiz_odenis_dovriyyesi_artib-917053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR