​Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək

​Azərbaycan milli komandası Antalyada təlim-məşq toplanışı keçəcək
19:42 8 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 21-də start götürəcək toplanış 1 həftə davam edəcək.
Toplanışa dəvət olunan futbolçuların siyahısı hələ açıqlanmayıb.
Qeyd edək ki, milli komanda 2016-cı ildə ilk rəsmi oyununu DÇ-2018-in seçmə qrup mərhələsində səfərdə San-Marino yığmasına qarşı keçirəcək. Görüş sentyabrın 4-də olacaq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR