Planetimizin şən uşaqları Bakıda

Planetimizin şən uşaqları Bakıda
19:43 8 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Bakıdakı 5 nömrəli tam orta məktəbdə “Planetimizin şən uşaqları” adlı mahnı və rəqs festivalı keçirilib. Festivalın məqsədi Azərbaycanın tolerant, sülhsevər dövlət olduğunu, Yer kürəsinin bütün uşaqlarının azad və firavan yaşamaq haqqının olmasını nümayiş etdirməkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, festivala 40-dək ölkədən məktəblilər qatılıblar.
Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgidə müxtəlif xalqların milli geyimlərini əks etdirən “kreativ gəlinciklər” nümayiş olunub. Daha sonra məktəblilər dünya xalqlarının rəqslərini ifa ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Planetimizin_sen_usaqlari_Bakida-917067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR