Bakıda HƏYƏCAN: uşaq sanatoriyası yandı, 24 nəfər təxliyyə edildi

Bakıda HƏYƏCAN: uşaq sanatoriyası yandı, 24 nəfər təxliyyə edildi
19:44 8 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə paytaxtın Pirallahı rayonunda yerləşən sanatoriyalardan birində baş verib

Bakıda uşaq sanatoriyası yandı: 16-sı uşaq, 24 uşaq təxliyyə edilib

 

 

Bakıda uşaq sanatoriyasında yanğın baş verib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd “SAMSUNG” markalı kondisioner əriyib.

 

Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə  olunub. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR