Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “HR School” layihəsinin final mərhələsi başa çatıb. Layihə “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi və “Azinka HR&CC” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
ADİU-dan AƏRTAC-a bildirilib ki, iki ay davam edən layihədə 500-dən çox tələbə iştirak edib. Final mərhələsinə qalan 40 iştirakçıya iki sual təqdim olunub.
Sonra “Azinka HR&CC” şirkətinin insan resursları şöbəsinin direktoru Zaur Əliyevin təqdimatında təlim mərhələsi keçirilib. Qaliblər fəallıq, təqdim edilən anketləri cavablandırma dərəcəsi, təqdim olunan kitab və iştirak etdikləri təlim haqqında yazdıqları esse, verilən sualları cavablandırma dərəcəsinə əsasən müəyyənləşdiriliblər.
Sonda layihə iştirakçılarına sertifikat təqdim olunub.
Layihənin 17 qalibi isə “Azinka HR&CC” şirkətində insan resurslarının idarə olunmasi üzrə iki aylıq təcrübə proqramı əldə ediblər.