Bakıda uşaq sanatoriyasında yanğın: 24 nəfər təxliyə olunub

Bakıda uşaq sanatoriyasında yanğın: 24 nəfər təxliyə olunub
20:28 8 Yanvar 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın / Uşaq sanatoriyasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı "Somatik" uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd "Samsung" markalı kondisioner əriyib.

Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/396345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR