Cavid Hüseynovun qolu "ilin ən yaxşı qolu" seçilib

Cavid Hüseynovun qolu "ilin ən yaxşı qolu" seçilib
20:42 8 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ "Qəbələ" TV komandanın 2015-ci ildə vurduğu ən yaxşı qolu seçmək üçün sorğu keçirib. "Report"un məlumatına görə, klubun rəsmi "Facebook" səhifəsində keçirilən sorğuda seçim üçün azarkeşlərə 5 qol təqdim olunub.
Mübarizə Cavid Hüseynovun Tbilisidə, Asif Məmmədovun isə Qəbələdə "Dinamo"ya, Sergey Zenyovun "Çukariçki"yə, Aleksey Antonovun "İnter"ə (Bakı), Luis Hilario Dodonun "Panatinaikos"a vurduğu qollar arasında gedib.
10 gündən artıq davam edən sorğuda böyük üstünlüklə Cavid Hüseynov qalib olub. Futbolçunun Gürcüstan təmsilçisinin qapısından keçirdiyi bu qol ilin qolu adını alıb.
Sorğunun yekun nəticəsini faizlərlə təqdim edirik:
Cavid Hüseynov - 89
Asif Məmmədov - 4
Sergey Zenyov - 3
Luis Hilario Dodo - 3
Aleksey Antonov - 1

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/cavid-huseynovun-qolu-ilin-en-yaxsi-qolu-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR