"Belə iyrənc cinayətlərə dözməyəcəyik"

"Belə iyrənc cinayətlərə dözməyəcəyik"
22:44 8 Yanvar 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Köln şəhərində qadınlara hücum faktlarından sonra Almaniya cinayətlərə görə məhkum edilmiş şəxslərin deportasiya məsələsinə yenidən baxmalıdır. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel bildirib.

Onun sözlərinə görə, Almaniya qanunlarına tabe olmaq istəməyənlərə “birmənalı siqnal” göndərilməlidir.

"Almaniya belə iyrənc cinayətlərə dözməyəcək. Şəxsən mənim üçün bu yolverilməzdir", - deyə Merkel vurğulayıb.

Köln şəhərində yeni il gecəsi qadınlara hücum edən kişilərin zahirən Şimali Afrika və ərəb mənşəli şəxslərə bənzədiyi xəbər verilir. Almaniya polisi hücum edənlərdən 16-sının şəxsiyyətini müəyyən edib, lakin həbslər həyata keçirilməyib.


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/merkel-qadinlara-hucum-edenler-deportasiya-oluna-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR