İŞİD Türkiyə hərbi bazasına hücum edib

İŞİD Türkiyə hərbi bazasına hücum edib
22:51 8 Yanvar 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçuları bu gün səhər saatlarında İraqda türkiyəli hərbçilərin olduğu bazaya hücum edib. Hadisə İraqın Mosul vilayətinin yaxınlığında yerləşən Başika hərbi bazasında baş verib.


Başika hərbi bazası

ANS PRESS- in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bazaya hücum edən terrorçular xeyli itki verərək, geri çəkiliblər. Ümumilikdə, 17 terrorçu məhv edilib.


Başika hərbi bazası

Türkiyəli hərbçilər arasında ölən və ya yaralanan yoxdur. Xatırladaq ki, bundan əvvəl də İŞİD terror quruplaşması Başika hərbi bazasına "Katyuşa" mərmiləri atmışdı. Bu mərmilər türk əsgərlərinin olduğu bazanın ön hissəsinə düşsə də, itki olmamışdı. Türk hərbiçiləri isə qarşı tərəfi top və mərmilərlə susdurmuşdu.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR