Türkiyədə sərnişin avtobusu aşıb, 26 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu aşıb, 26 nəfər xəsarət alıb
23:17 8 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Elazığ vilayətində ağır yol qəzası baş verib.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkir - İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb.  
 
Yol qəzası nəticəsində 26 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR