Birinci mərtəbələr obyektə çevrilir - Düzgündür? - VİDEO

Birinci mərtəbələr obyektə çevrilir - Düzgündür? - VİDEO
23:17 8 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın bir sıra yerlərində çoxmərtəbəli binaların birinci mərtəbəsi qeyri yaşayış sahəsi kimi fəaliyyət göstərir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu obyektlər belə fəaliyyət üçün müəyyən standartlara cavab verməlidir. Bu obyektlərin standartlara cavab verməsi isə sual altındadır

Müdir olsa da, obyektin fəaliyyətini təsdiq edən sənədi soruşanda işçi olduğunu deyib danışmaqdan yayınır. Digəri isə sənədlərinin olduğunu desə də bunları göstərmir.

Çoxmərtəbəli binaların əksəriyyətinin birinci mərtəbəsi əvvəllər ev olsa da indi obyektə çevrilib. Hətta zirzəmilər belə müxtəlif sahibkarlıq obyekti kimi kirayəyə verilib. Çünki sahibkarlıq obyekti kirayə veriləndə ya da satılanda yaşayış yerindən dəfələrlə çox gəlir deməkdir.

Yaşayış sahəsinin qeyri yaşayış sahəsinə çevrilməsi mənzil məcəlləsi və texniki normalarla həyata keçirilir. Evlərin iş yeri məqsədi ilə istifadə üçün bəzi tələblərə cavab verməlidir.

Yəni bu obyektlər həmin binadakı sakinlərin yaşayışına maneçilik törətməməlidir. Amma əksər hallarda bu halın əksi baş verir. Belə yerlərin obyekt kimi fəaliyyət göstərməsi üçün icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edilməlidir. Müraciətə 1 ay ərzində cavab veriləmlidir.

Yaşayış sahələrinin qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsinə icazə verilərkən yeni çıxarış və texniki pasport təqdim edilməlidir. Bu zamanda bəzi nüanslara fikir vermək lazımdır. Sənədləri olmadan habelə qaydalara əməl edilmədən yaşayış yerini sahibkarlıq obyektinə çevirənləri cərimə gözləyir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR