Meksika prezidenti: “Narkobaron Qusman yaxalandı”

Meksika prezidenti: “Narkobaron Qusman yaxalandı”
23:24 8 Yanvar 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Meksika hüquq-mühafizə orqanları məşhur narkobaron Xoakin Qusmanı yaxalayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Meksika prezidenti Enrike Nyeto bildirib.

 

“Məqsədimizə çatdıq, biz onu yaxaladıq. Meksikalılara xəbər vermək istəyirəm ki, Xoakin Qusman Loera saxlanılıb”.

 

Hadisənin təfərrüatları barədə hələ ki, heç bir məlumat verilmir.

 

Qeyd edək ki, Xoakin Qusman 2015-ci ilin iyununda həbsxanadan qaçmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR