Təbriz Həsənovdan 0:3 şərhi

Təbriz Həsənovdan 0:3 şərhi
23:27 8 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə Sloveniyanın U-19 yığmasına 0:3 hesabı ilə yenilən Azərbaycanın U-17 millisinin baş məşqçisi Təbriz Həsənov fikirləini bildirib:

"Rəqibi təbrik edirəm. Sloveniya yığması bu gün qələbəyə layiq idi. Bütün komponentlərdə bizdən üstün oynadılar. Səhvlərimizi gördük. Bu məqam gələcəkdə daha yaxşı çıxış etməyimizə yardımçı olacaq. Yaş fərqini bəhanət etmək istəməzdim. Çünki buraya gələndə hansı komandalara qarşı oynayacağımızı bilirdik. Dəvət alsaq, gələn il də bu heyətlə çıxış edəcəyik. Lakin hazırda builki turnir davam edir. Növbəti oyunda daha yaxşı çıxış edəcəyimizi düşünürəm".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tbriz-hsnovdan-03-rhi-t46655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR