Bakı metrosunda qatarda tüstülənmə baş verib

Bakı metrosunda qatarda tüstülənmə baş verib
23:48 8 Yanvar 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Metropoliteninin “28 May” stansiyası istiqamətində hərəkət edən qatarda tüstülənmə baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Trend-ə bildirib ki, depoya gedən qatarda "Cəfər Cabbarlı" stansiyadan “28 May” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist kabinəsində naqildə tüstüləmə olub.

Hadisə saat 21:25 baş verib, tam nəzarətə götürülüb. Sərnişinlərin hamısı qatardan düşürülüb və qatar depoya gedib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2478321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR