"Qalatasaray"ın futbolçusu ölümdən döndü (FOTO)

"Qalatasaray"ın futbolçusu ölümdən döndü (FOTO)
00:16 9 Yanvar 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya çempionatının "Cenoa" - "Sampdoria" oyununda qorxulu anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, meydan sahiblərinin futbolçusu Blerim Cemaili ciddi zədə alıb.

Qarşılaşmanın ilk hissəsində oyun epizodlarından birində top isveçrəli oyunçunun başına dəyib. Zərbədən futbolçunun huşu gedib. Bu səbəbdən o əvəzlənməli olub. Dərhal xəstəxanaya çatdırılan Cemaili gecəni həkim nəzarətində keçirməli olub. Xoşagəlməz hadisə ilə bağlı açıqlama verən 29 yaşlı futbolçu həmin andan sonra heç nə xatırlamadığını bildirib. Həkimlər futbolçunun ciddi təhlükədən yan keçdiyini qeyd ediblər.


Blerim Cemaili

Cemaili müqavilə ilə "Qalatasaray"a məxsusdur. İcarə əsasında 1 illik "Cenoa"da çıxış edən futbolçunun İstanbul təmsilçisi ilə 2017-ci ilə qədər sözləşməsi var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR