Otelə hücüm: ölənlər var (VİDEO)

Otelə hücüm: ölənlər var (VİDEO)
00:36 9 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Misirin kurort şəhəri Xurqada üç nəfər naməlum şəxs “Bella Vista” otelində turistlərə atəş açıb.

ANS PRESS-in məlumatına görə, bu barədə yerli mətbuat xəbər verib.

İlkin məlumata görə, hücum qurbanları alman turistləri olub.Təsdiqlənməmiş məlumatlara görə, hadisə nəticəsində üç nəfər ölüb. Hazırda hadisə yeri polis tərəfindən nəzarətə götürülüb. Polisin verdiyi məlumata görə, cinayətkarlar əsasən xarici vətəndaşların yaşadığı otelə atəş açmaq üçün gəlib. Hadisənin səbəbləri aydınlaşdırılır.



Hadisə şahidləri təhlükəsizlik qüvvələrinin hücum edənlərdən birini - şəhid kəməri geymiş şəxsi öldürdüyünü qeyd edibləri.
Təcavüzkarların birinin Danimarkadan, digərinin Almaniyadan Misirə gəldiyi bildirilir.


Hadisənin baş verdiyi ərazi xəritədə

Qeyd edək ki, keçən il noyabr ayında Malinin paytaxtda Bomakodakı terrorçuların otelə hücum zamanı 170 əsir götürülmüşdü. Mali Təhlükəsizlik Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə zamanı silahlılar ona yaxın insanı öldürüblər. Ötən ilin avqust ayında da Malidə oxşar hadisə baş vermişdi. Sevare qəsəbəsindəki bir otelə baş tutan silahlı basqın zamanı 4 əsgər və Birləşmiş Millətlər Təşkilatının (BMT) 5 əməkdaşı və eyni zamanda 4 terorçu məhv edilmişdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR