Meksikada tanınmış narkokartel başçısı yenidən ələ keçirilib

Meksikada tanınmış narkokartel başçısı yenidən ələ keçirilib
01:17 9 Yanvar 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Meksika təhlükəsizlik orqanları altı ay aradan sonra dünyanın ən təhlükəli narkokartel rəhbərlərindən biri hesab olunan Joaquin "El Çapo" Guzmanı yenidən həbs etməyə müvəffəq olub.
"Report"un "Amerikanın səsinə" istinadən xəbər verir ki, bunu televiziya çıxışında prezident Enrike Pena Nieto bildirib.
Prezident P.Nietonun göstərişi ilə 2014-cü il fevralında həbs edilən "Sinaloa" kartelinin başçısı təxminən altı ay əvvəl həbsxanadan qaçmışdı. Ancaq o, yenidən Meksikanın şimal-qərbindəki Sinaloa ştatınnı Lis Moçis şəhərində həbs edilib. Bu ştat narkotik baronun doğulduğu bölgədir.
"Missiya yerinə yetirildi. O, əlimizdədir" - deyə Pena Nieto Twitter vastisələ yazıb. "Mən bütün meksikalıları xəbərdar etmək istəyirəm ki, Goaquin Guzman Loera yenidən həbs edilib".
Qarşıdurma zamanı beş nəfər öldürülüb, 6 nəfər saxlanılıb.
Oktyabr ayında hökumət qüvvələri Guzmanı tutmağa çox yaxın olsa da, o, son anda aradan çıxa bilmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR