Misirdə terror həyacanı: ordu turizm obyektlərini nəzarət altına alır

Misirdə terror həyacanı: ordu turizm obyektlərini nəzarət altına alır
01:29 9 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Misir ordusu Qırmızı dəniz əyalətinin bütün strateji və turizm obyektlərini nəzarət altına götürür.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələrdən məlumat verilib.

 

Bundan əvvəl Qırmızı dəniz əyalətinin inzibatı mərkəzi olan Hurqada kurort şəhərində yerləşən hotel naməlum silahlıların hücumuna məruz qalıb.

 

Polis hotelə hücum edən 3 silahlını məhv edib. Reuters agentliyinin məlumatına görə, insident zamanı bir Danimarka və bir Almaniya vətəndaşı yaralanıb. Hələ ki, ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR