Prezidenti jurnalistlərə satan casus öldü

01:34 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Ricard Niksonu istefaya göndərən Mark Felt 95 yaşında vəfat edib

ABŞ-da Uoterqeytin “Dərin hülqum”u kimi məşhur olan Mark Felt 95 yaşında vəfat edib. Lent.az-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, Federal Təhqiqat Bürosunun direktor müavini postunu tutan Felt prezident Riçard Niksonla bağlı jurnalistlərə kompromatlar ötürürmüş. Bu da son nəticədə Niksonun istefasına gətirib çıxarıb.

Feltin ölümü ilə bağlı informasiyanı onun nəvəsi Rob Cons da təsdiq edib. Qeyd edək ki, “Dərin hülqum” kod ləqəbli informatorun adı uzun müddət gizli saxlanılıb. “The Washington Post”un jurnalistləri Karl Bernstayn və Bob Vudvord ölümünə qədər mənbənin adını çəkməyəcəklərinə söz veriblər. Amma Felt özü 2005-ci ildə Uoterqeyt qalmaqalındakı rolunu açıqlayıb. Feltin hansı səbəbdən Niksona qarşı çıxdığı indiyə qədər də məlum deyil. O özü iddia edib ki, Niksonun FTB-dən siyasi məqsədlər üçün istifadə etməsinə imkan vermək istəməyib.

“The New York Times” qeyd edir ki, 40 il ərzində FTB-yə rəhbərlik edən Eqar Quverin 1972-ci ildə vəfat etməsindən sonra Mark Felt onun ən mümkün varisi sayılırmış. Amma Riçard Nikson daha loyal Patrik Qreyi seçib. Felt isə sonradan bəyan edib ki, Nikson FTB-yə siyasətçini təyin edərək büronu Ağ Evin əlavəsinə çevirmək istəyib.

Uoterqeyt qalmaqalı Quverin ölümündən və FTB rəhbərliyinin dəyişməsindən cəmi iki ay sonra baş verib. Nikson 1972-ci ilin prezident seçkiləri dövründə Demokrat Partiyasının namizədi Corc Makqovernin qərargahında dinləyici qurğu quraşdırmaq göstərişi verməkdə ittiham olunub. İttihamı tam sübuta yetirmək mümkün olmasa da, Niksona impiçment elan olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR