Rusların əl çəkə bilmədiyi türk limonu (VİDEO)

Rusların əl çəkə bilmədiyi türk limonu (VİDEO)
01:56 9 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Türk limonu rusların embarqo siyahısından kənarda qaldı.

ANS TV-nin məlumatına görə, dünyada “vodka” deyiləndə ilk ağla gələn Rusiyadır. “Vodka”nın vətəni Rusiyada isə limon Türkiyəni xatırladır. Limon qrip və diyər soyuqdəymə xəstəliklərinin dərmanı olmaqla yanaşı həm də “vodka”nın olmazsa - olmazıdır. Xüsusilə soyuq qış aylarında ruslar “vodka”nı limonla içirlər. Xalqın “vodka” keyfini pozmamağa xüsusi diqqət yetirən Putin elə bu səbəbdən də türk limonunu sanksiyalar xaricində tutmağa qərar verdi.

Satıcılar deyir ki, Rusiyada quraqlıq səbəbindən son zamanlar onsuz da limonun qiyməti 3 dollardan 10 dollara qədər bahalaşıb. Türk limonu da qadağa edilsə idi hər halda qiymətlər iki-üç qat daha da bahalaşardı.

Ruisyanın limon ehtiyacının 70 faizə yaxınını Türkiyə qarşılayır. Rusiyanın limon bazarındakı payını ildən ilə artıran Türkiyə ötən il Ruisyaya 78 milyon dollarlıq limon ixrac edib. Rus xalqı isə limonu çox sevir. Demək olar ki, ölkədə limon satılmayan dükan və bazar tapmaq mümkün deyil.

Türk limonunu ruslara sevdirən digər bir səbəb kimi isə bolşevik lideri Vladimir Leninin həyatının son illərində xəstəlikdən qurtulmaq üçün türk limonu yeməsi olub. Ona görə də türk limonu Rusiyada şəfa qaynağı kimi qəbul edilir.

Rus “vodka”sı türk limonunu sanksiyalardan xilas etdi. İki heftelik Yeni il tətilini “vodka” içərək keçirən rusların özü isə çətin ki bu vərdişlərindən xilas ola bilsin.

Qeyd edək ki, ötən ilin 24 noyabr tarixində Türkiyənin rus qırıcı təyyarəsini Suriya sərhəddində düşürməsindən sonra Moskva ilə Ankaranın münasibətləri daha öncə görülməmiş səviyyədə gərginləşdi. Ruisya Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadı sanksiylar çərçivəsində bu ölkədən, demək olar ki, bütün meyvə-tərəvəz məhsullarının idxalına qadağa qoyduğu halda, limon isə bunun xaricində tutulub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR