“Əl-Qaidə” Avropanı terrorla təhdid etdi (VİDEO)

“Əl-Qaidə” Avropanı terrorla təhdid etdi (VİDEO)
02:36 9 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

“Əl-Qaidə” terror təşkilatının qollarından biri olan “İslam Məğribində Əl-Qaidə” təşkilatının adından təhdid videosu yayılıb.

ANS TV-nin İspaniyanın “Europapress” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, videoda İtaliya və İspaniya açıq olaraq terrorla hədələnir: “Bu gün onlar bizim torpaqlarımızdadır. Lakin elə bir gün gələcək ki, biz onları öz torpaqlarında - Neapolda, Romada, Madriddə çökdürəcəyik”.

13 dəqiqəlik videoçarxda təşkilatın törətdiyi terror aktlarından kadrlar, qrumun Malidəki üzvləri və qrupa qoşulan, Əbu əl-Nur əl Andalusi adını götürən İspaniya vətəndaşının görüntüləri də var.

İspaniya hüquq-mühafizə orqanları təhdid videosu ilə bağlı təhqiqata başlayıb. Paytaxt Madriddə təhlükəsizlik tədbirləri gücləndirilib.

Fransanın paytaxtı Parisdə baş verən terror aktından sonra Avropada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.

Paris, Madrid və Roma küçələrində polis dəstələri hərbi qüvəllərlə birlikdə nəzarət tədbirləri həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR