Ermənistanı yenidən etiraz dalğası bürüdü (VİDEO)

Ermənistanı yenidən etiraz dalğası bürüdü (VİDEO)
04:36 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistandakı həbslər insnaların küçələrə çıxmasına səbəb olub. Aksiyada polislə etirazçılar arasında qarşıdurma olub.

ANS TV-nin məlumatına görə, Ermənistanı yenə etiraz dalğası bürüyüb. Paytaxt İrəvanda keçirilən aksiyalara Ermənistan hökumətinin ölkədə fəaliyyət göstərən müxalifət nümayəndələrinin kütləvi həbsləri səbəb olub.

Mövcud hakimiyyətin yürütdüyü siyasətdən narazı olanları həbs cəzası ilə susduran Ermənistan hökumətinə, əhali küçələrə çıxaraq etirazlarını bildirirlər.

Ermənistanın “Kavkazskiy Uzel” saytının məlumatına görə, “Yeni Ermənistan” hərəkatının fəalları aksiyanı, polis idarəsinin qarşısında təşkil ediblər.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb.

Aksiya iştirakçıları əsasısız həsblərin dayandırılmasını tələb ediblər. Bununla yanaşı hərəkat üzvlərinin fəallarından biri olan Syuzi Qrioqraynın döyülməsinə də etirazlarını bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR