Dünyanın məşhur avtokonserninin satış həcmi azalıb

Dünyanın məşhur avtokonserninin satış həcmi azalıb
05:06 9 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın nəhəng avtokonserni "Volkswagen" emissiya saxtakarlığı ilə bağlı qalmaqal fonunda son 11 ildə ilk dəfə olaraq satış həcminin azaldığını elan edib.

ANS PRESS-in məlumatına görə, "Volkswagen" markalı maşınların satışı 2015-ci ildə 4.8 faiz azalaraq, bir ilə 5,82 milyon avtomobilə düşüb. Halbuki 2 il əvvəl 2014-cü ildə şirkət 6.12 milyon avtomobil sata bilmişdi.

Satış həcmində azalma ilk növbədə Çin və ABŞ-da bazar tələbinin azalması ilə əlaqədardır. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi emissiya saxtakarlığı ilə əlaqədar "Volkswagen"ə qarşı mülki iddia ilə məhkəməyə üz tutmasından sonra avtokonsern qarşıdakı həftələrdə ABŞ-da satılmış dizel mühərrikli milyonlarla maşında havaya buraxılan zərərli qazların emissiya göstəricilərin saxtalaşdıran avadanlıq və sistemi düzəltməyə söz verib.

Şirkətin icraçı direktoru Herbert Dies şirkətin çətin vəziyyətdən çıxıb, çözüm tapacağına nikbin baxdığını bildirib.

Satışlar ilk olara sentyabr ayında emissiya qalmaqalının “işıq üzü görməsindən sonra” düşməyə başlayıb. Ötən illə müqayisədə təchizat oktyabr ayında 5.3%, noyabrda 2.4 %, dekabr ayında isə 7.9% azalıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR