Mingəçevir Dövlət Universitetində multikulturalizmlə bağlı fənlər uğurla tədris olunur

Mingəçevir Dövlət Universitetində multikulturalizmlə bağlı fənlər uğurla tədris olunur
05:18 9 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 9 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Bakı Beynəxalq Multikulturalizm Mərkəzi xarici və yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə, o cümlədən Mingəçevir Dövlət Universitetində bu fənləri tədris edir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tələbələr qarşısında “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi” və “Dünya ölkələrində multikulturalizmin fərqli modelləri” mövzusunda mühazirələr oxunur. Fənləri universitetin baş müəllimi İlham Məmmədov tədris edir. “İqtisadiyyat və idarəetmə” fakültəsinin 50 tələbəsi bu mövzudakı tədris prosesinin iştirakçısı olub. Sonra tələbələr multikulturalizm modelləri və Azərbaycan dövlətinin multikulturalizm siyasəti haqqında təqdimatlarla çıxış edirlər. Multikulturalizm məsələləri fonunda tələbələr, eyni zamanda Azərbaycan ədəbiyyatı, tarixı, elmi-fəlsəfi fikirlər barədə də biliklər əldə edirlər. “Dünya ölkələrində multikulturalizmin fərqli modelləri” mövzusundakı mühazirə zamanı isə tələbələrə dünya xalqlarının fərqli mədəniyyətləri barədə məlumatlar çatdırılır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Mingəçevir Dövlət Universitetində bu fənlərin aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə monitorinq keçirib. Ali məktəbdə monitorinqi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçis Seyfəl Həsənov, Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Bağır Bağırov həyata keçirib. Seyfəl Həsənov tələbələrə müxtəlif mövzularda suallarla müraciət edərək, fənnin tədrisində təklif və iradların olub-olmadığını öyrənməyə çalışıb.
Monitorinqin sonunda tələbələrə fənnin tədrisi ilə bağlı fikirlərini əks etdirən sorğu vərəqləri təqdim olunub. Universitetdə dərsin keçirilmə qaydası və keyfiyyəti müzakirə edilib. Fənnin tədrisi ilə bağlı müxtəlif tövsiyyə xarakterli fikirlər də söylənilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevir_Dovlet_Universitetinde_multikulturalizmle_bagli_fenler_ugurla_tedris_olunur-917107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR